AZ

Emin Mahmudov üçün əlamətdar oyun

Emin Mahmudov bu gün İsveçlə qarşılaşmada meydana çıxsa, Azərbaycan millisinin heyətində 50-ci oyununu keçirəcək.

İdman.biz xəbər verir ki, “Neftçi”nin 32 yaşlı yarımmüdafiəçisi hələ Portuqaliyanın “Boavişta” klubunun futbolçusu olduğu 2016-cı ildən ölkənin əsas komandasında çıxış edir.

Onunla Azərbaycan millisi 16 qələbə qazanıb, 10 matçda heç-heçə edib, 23 dəfə məğlub olub.

2022-ci ildən komandanın kapitanı olan Emin Mahmudov millinin heyətində 4-ü penaltidən olmaqla 14 qola imza atıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
idman.biz

1Mənbələr