AZ

Psixonevroloji sosial xidmət müəssisələrində 530-dan çox şəxsə xidmət göstərilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin psixonevroloji sosial xidmət müəssisələrində hazırda 536 şəxsə xidmət göstərilir.

 

Göygöl və Şamaxı rayonlarında, Gəncə şəhərində, həmçinin Bakının Buzovna qəsəbəsində yerləşən həmin müəssisələrdə sakinlərin yaşayışı və sosial-reabilitasiyası üçün müasir şərait yaradılıb. 

 

Psixi və nevroloji xəstəliklər nəticəsində əlilliyi yaranmış, sosial xidmətə ehtiyacı olan şəxslərə burada stasionar şəraitdə mütəxəssislər tərəfindən müxtəlif reabilitasiya xidmətləri, eləcə də psixoloji və psixiatrik yardım göstərilir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
qht.az

1Mənbələr