Belarusun Qomel şəhərində pilotsuz uçan aparat düşməsi nəticəsində anbar binası yanıb.
Medianews.az xəbər verir ki, bu barədə Belarus Fövqəladə Hallar Nazirliyi öz Telegram kanalında məlumat yayıb.
“Heç kim zərər görmədi. Yanğın zamanı dam örtüyünün 5 kvadratmetr hissəsi yanıb”, – deyə idarədən bildirilib.
Əlavə ediblər ki, Fövqəladə Hallar Nazirliyi yanğını söndürüb.
Medianews.az