AZ

Tanınmış jurnalist VƏZİFƏDƏN GETDİ

“13 ildir çalışdığım SİRAB şirkətindən ayrılma qərarı verdim”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “SİRAB” şirkətinin keçmiş mətbuat katibi Sərkərdə Sərxanoğlu bildirib.

Onun sözlərinə görə, SİRAB-da keçirdiyi 13 illik iş həyatında bir çox dəyərli təcrübələr qazanın, möhtəşəm insanlarla işləyib və böyük layihələrdə iştirak edib:

“Hər addımımda öyrəndiyim dərslər və birlikdə keçirdiyimiz anlar üçün SİRAB ailəsinə və bütün həmkarlarıma sonsuz təşəkkür edirəm”.

S.Sərxanoğlu qeyd edib ki, bir mərhələnin başa çatması, yeni yolların açılması deməkdir: “Həyatımın bu yeni dövründə öz üzərimdə daha çox çalışacaq və maraqlı imkanlar kəşf edəcəyəm. Yeni başlanğıclar və yaradıcılıq üçün əla bir vaxtdır”.

Gələcək addımlara gəlincə, Sərkərdə Sərxanoğlu bildirib ki, öz potensialını tam şəkildə istifadə etmək və fərqli layihələrə dərinlik qatmaq üçün həyəcanlıdır:

“Bu yeni dövrdə bir sıra maraqlı ideyalar üzərində çalışıram, hansılar ki, tezliklə sizinlə də paylaşacağam”.

Murad Məmmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
392
3
bakivaxti.az

4Mənbələr