AZ

Azərbaycan millisi İsveç yığması ilə indiyədək 4 dəfə qarşılaşıb - Statistika

Azərbaycan və İsveç milli komandaları indiyədək 4 rəsmi qarşılaşmada üz-üzə gəliblər.

Apasport.az-ın məlumatına görə, tərəflər arasında baş tutan matçlardan 3-də İsveç qalib gəlibsə, 1 görüş Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb.

İsveç Azərbaycanla oyunlarda ümumilikdə 9 qol vurub. Azərbaycan isə 4 görüşdə rəqib qapısından cəmi 3 top keçirib. 

Azərbaycan İsveçlə evdə keçirdiyi 2 oyundan 1-ni qələbə, digərini isə məğlubiyyətlə başa çatdırıb. İsveçdə keçirilən matçların hər ikisi skandinaviyalıların qalibiyyəti ilə nəticələnib.

Qeyd edək ki, tərəflər arasında 5-ci matç bu gün, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

AVRO 2024-ün ən gənc millisi: Türkiyə

"Qarabağ" 9, "Neftçi" 22 pillə gerilədi

Səlahət Ağayevdən yubiley oyunu

Onuncu duel - Statistika

Neymar Pelenin rekordunu qırdı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
apasport.az

1Mənbələr