AZ

Vəkil: Həbsdə aclıq edən alim artıq əlil arabasında gəzir

Yayımlandı: 5 Sentyabr 2024 12:10 Fazil Qasımov yalnız maye ilə qidalanır İstanbul Universitetinin doktorantı, 2023-cü ilin avqustunda Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən alim Fazil Qasımovun həbsdə 84-cü gündür ki, aclıq etdiyi bildirilir. Bu barədə “Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərov məlumat verib. Hüquq müdafiəçisi bildirib ki, 3 aydır davam edən aclıq nəticəsində Fazil Qasımovun çəkisi 37 kiloqrama düşüb. “84 gündür ki, qida qəbul eləmir. Yalnız maye qəbul edir. Orqanizm o qədər zəifləyib ki, bu isti günlərdə qış paltarındadır. Müstəqil şəkildə yeriyə bilmir. Su şüşəsini də əlində tuta bilmir”, – Rüfət Səfərov bildirib. Həbsdə olan alimin durumunun ağır olduğunu vəkili Rövşanə Rəhimli də təsdiqləyib. Vəkil bildirib ki, Fazil Qasımov artıq yeriyə bilmir: “Fazil Qasımov ölüm aclığının 84-cü günündədir. Artıq əlil arabasından istifadə etmək məcburiyyətindədir”. Vəkil hüquqlarını müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş saxta pul ittihamının əsassız olduğunu, onun siyasi səbəblərlə həbs olunduğunu da vurğulayıb: “Fazilin həbsi tamamilə siyasi motivlidir”. Fazil Qasımov keçmiş Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlu ilə əlbirlikdə ittiham olunur. Qubad İbadoğlu 2023-cü il iyulun 23-də saxlanılıb, ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb. Həmin gün onun ofisində keçirilən axtarışda 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia edilib. Təqsirləndirilən iqtisadçı bildirib ki, o pulun ona heç bir aidiyyəti yoxdur və ora polislərin özləri yerləşdirib, sonra da götürüblər. Qubad İbadoğlunun həbsindən az sonra – avqustun 8-də Fazil Qasımov Türkiyədə saxlanılaraq, Azərbaycana gətirilib. Ona da eyni maddə ilə ittiham verilib. İddia edilib ki, saxta pulları Fazil Qasımov Türkiyədə əldə edərək Qubad İbadoğluna verib, o da Azərbaycana gətirib Qubad İbadoğlu həbs olunduğu gün axtarışdan sonra binadan çıxarılıb aparılarkən Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bildirib. O, aprelin 22-də həbsdən buraxılıb. Ev dustaqlığına buraxılandan təxminən 20 gün sonra – mayın 14-də sədri olduğu Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib. ADR İdarə Heyəti partiyanın fəaliyyətini dayandırmasını qeydiyyata alınmamasıyla izah edib.Qubad İbadoğlu ev dustaqlığına buraxılsa da, sonradan bu qətimkan tədbiri “polis nəzarətinə vermə” ilə əvəz olunub Fazil Məmmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O, məhkəmədə bildirib ki, istintaq zamanı özünün və Qubad İbadoğlunun əleyhinə yalan ifadələr verməsi üçün döyülmə, başının unitaza salınması, cinsi azlıq olan dustaqların təcavüzü ilə hədələnməsi kimi müxtəlif təzyiqlərə məruz qalıb. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
xural.com

1Mənbələr