AZ

Nizami rayonunda ağaclar kəsilib? - RƏSMİ AÇIQLAMA

Bakının Nizami rayonu, Babək prospekti 89 ünvanında yerləşən Modern Hospitalın ətrafında xeyli sayda ağacın kəsildiyi, ərazidə tikinti işlərinin aparılacağı iddia olunur. 

 

Pravda.az məsələni dəqiqləşdirmək üçün Nizami Rayon İcra Hakimiyyətinə sorğu ünvanlayıb. 

 

RİH-dən saytımıza verilən açıqlamada bildirilib ki, Nizami rayonunda yaşıllıqların vəziyyəti ilə bağlı keçirilən monitorinqlər zamanı müəyyən olunmuş köküstü quru, qəzalı, xəstəliklərə yoluxmuş ağacların aidiyyəti qurum tərəfindən verilmiş müvafiq rəylər əsasında götürülməsi həyata keçirilir: 

 

“Babək prospekti 89 ünvanındakı ağac və kollar da quru olması, xəstəliyə yoluxması səbəbindən götürülüb. Həmin ərazidə hər hansı bir tikinti işlərinin aparılması nəzərdə tutulmayıb”.

 

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də sorğu ünvanlanıb.

 

Nadir

Fotoları təqdim edirik
Tarix: 5 Sentyabr 2024, 13:46   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
1
pravda.az

2Mənbələr