AZ

“İsveç məğlub edilməyəcək rəqib deyil” – millimizin sabiq üzvü

“Millidə yeni məşqçi var. Bunun komandaya yaxşı tərəfdən təsiri olacağını düşünürəm. Santuş təcrübəli, dünyada tanınmış mütəxəssisdir. Bu, oyunçular üçün ayrıca bir stimuldur”.

Bu sözləri İdmanxeber.az saytına Azərbaycan millisinin sabiq üzvü Elvin Yunuszadə yığmanın Millətlər Liqası qrup oyunları çərçivəsində keçirəcəyi İsveç və Slovakiya görüşləri barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“9 ay öncə Bakıda İsveçi məğlub etmişdik. Bu gün niyə bacarmayaq? Sadəcə, meydandakı 90 dəqiqəni necə keçirəcəyimiz önəmlidir. Qalib gəldiyimiz görüşdə necə mübarizə apardıqsa, indi də o cür oynamalıyıq. Futbolçulara, komandaya inanıram. Öz evimizdə oynayırıq. İsveç məğlub edilməyəcək rəqib deyil. Bəli, heyəti güclüdür, səviyyəli futbolçuları var. Amma yenə də nəticə qazanmaq olar. Slovakiya yığması da həmçinin güclü komandadır. Səfərdə işimiz asan olmayacaq. Onlarla heç-heçə də yaxşı nəticədir. Azarkeşlər də, biz də bu iki oyunda millidən yaxşı nəticə gözləyirik”.

Həsən Quluzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
idmanxeber.az

1Mənbələr