AZ

İcra başçısı qapıları sakinlərin üzünə açdı - 47 nəfəri qəbul etdi

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov müavinlər, şöbə müdirləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə rayon sakinlərini qəbul edərək onların müraciətlərini dinləyib. 

RİH-in inzibati binasında baş tutan qəbul zamanı ümumilikdə 47 nəfər vətəndaş qəbul edilib. Onları narahat edən məsələlərlə yaxından tanış olan Ə.Əzizov vətəndaşların müraciət və təkliflərini dinləyib, müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verib. 

Qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər isə nəzarətə götürülüb. socar vakansiya

Vətəndaşlar müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
1
yenisabah.az

2Mənbələr