AZ

“Azərenerji” 400 min xərc tökür – Detallar

“Azərenerji” ASC yaxın dünən üç tender elan edib. Tribunainfo.az xəbər verir ki, dünən təqdim olunan katirovka sorğusunun bəzi detalları məlum olub.
Belə ki, “Azərnerji” ASC birinci tenderlə müxtəlif növ inşaat mallarının satın alınmasını həyata keçirəcək. Bunun üçün isə 1.652.360,23 manat xərcləməyi nəzərdə tutur. Bu tenderin qalibi isə oktyabrın 4-də müəyyən olunacaq.
ASC-nin ikinci tenderi isə Azərbaycanda Bəpra Olunan Enerjidən İstifadənin genişləndirilməsi layihəsi (AZURE) üzrə SCADA sisteminin təkmillləşdirilməsi üçün məsləhət xidmətinin satın alınmasını ehtiva edir. “Azərenerji” bu məsləhət üçün 200.000,00 manat sərf etməyi qərarlaşdırıb.
Sözügedən dövlət qurumunun üçüncü tenderi isə yenə məsləhət xidmətinin alınması ilə bağlıdır. Belə ki, “Azərenerji” Azərbaycanda Bəpra Olunan Enerjidən İstifadənin genişləndirilməsi layihəsi üzrə WAMS/ WACS sisteminin təkminləşdirilməsi üçün məsləhət xidmətinin satın alınmağı planlaşdırır. Bu layihənin də qiyməti 200.000 manat təşkil edir.
Görəsən, Balababa Rzayevin bu dəfə tenderləri hansı yaxın şirkətə verəcək? Mətbuatda yazılanlardan belə aydın olur ki, adətən indiyə qədər o, özünə yaxın olmayan şirkətlərin tenderdə qalib olmasına imkan verməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
tribunainfo.az

1Mənbələr