AZ

Ağadadaş Ağayev həmin hospitalı məhkəməyə VERDİ

Xalq artisti Ağadadaş Ağayev "Medera Hospital" MMC-ni məhkəməyə verib.

 

Modern.az-ın məhkəmə portalına istinadən verdiyi xəbərə görə, Ağadadaş Ağayevin işinə Binəqədi rayon Məhkəməsində baxılacaq.

 

O, mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisələr ilə bağlı məhkəməyə müraciət edib.

 

İşə hakim Nigar Nəbizadənin sədrliyi ilə baxılacaq.

 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, iyulun 22-də paytaxtın Binəqədi rayonunda yerləşən özəl tibb müəssisəsinin ("MedEra" hospitalı) gözətçisi N.Cəlilovla Ağadadaş Ağayev arasında insident baş verib. 

 

İnsidentin videogörüntülərindən aydın olur ki, Xalq artisti Ağadadaş Ağayev gözətçi N.Cəlilova balta atır, daha sonra onlar əlbəyaxa dava edirlər. Rəsmi məlumata görə, müğənninin atdığı balta başqa bir qadına xəsarət yetirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
modern.az

1Mənbələr