AZ

“Seçilsək Sinvarı öldürəcəyik” - ABŞ senatorundan təhdid

Respublikaçılar Partiyası 2024-cü ildə ABŞ-də keçiriləcək prezident seçkilərində qalib gəlsə, HƏMAS-ın yeni siyasi lideri Yəhya Sinvarı mühakimə etməkdənsə öldürmək niyyətindədir.

“AzPolitika” xəbər verir ki, bunu ABŞ-nin “FoxNews” telekanalına müsahibə verən Respublikaçılar Partiyasının senatoru Lindsey Qraham bildirib.

ABŞ Ədliyyə Nazirliyinin HƏMAS-ın 6 liderinə qarşı iddianamə hazırlandığını açıqlamasına münasibət bildirən Qraham sözlərinə bu cür davam edib

“Biz burada cinayətlə mübarizə aparmırıq. Mühakimə olunmaq Sinvarın vecinə deyil. Günləriniz sayılıdır. Dostum səni mühakimə etməyəcəyik, səni öldürəcəyik”, -deyə o, qeyd edib.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
azpolitika.info

1Mənbələr