Məşhur televiziya aparıcısı Acun Ilıcalı Ayça Çağla Altunkaya ilə ailə həyatı qurub. Ötən gecə Ortaköy Esma Sultanda baş tutan toya cütlük Ilıcalının kateri ilə gəlib.

İndex.az xəbər verir ki, sənət və idman aləmindən xeyli insanın qatıldığı toyda “Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo da olub.

Məşhur məşqçinin toydan sonra ona gül satmaq istəyən oğlana dediyi sözlər isə sosial şəbəkədə trend mövzusuna çevrilib.

Mourinyoya yaxınlaşan uşaq “Gül alarsan?” deyə soruşub, Mourinyo isə “Mənim pulum yoxdur” deyə cavab verib.