AZ

Aİ-yə səfər edəcəklərin NƏZƏRİNƏ: Noyabrda Şengen ölkələrinə girişlərdə yeni qaydalar tətbiq olunacaq

Aİ-yə
Avropa İttifaqının Şengen bölgəsinə giriş edənlər üçün tətbiq ediləcək yeni sistem - Elektron Giriş/Çıxış Sistemi (EES - Entry Exit System) 10 noyabrdan etibarən istifadəyə veriləcək. 1news.az cnnturk.com-a istinadən xəbər verir ki, qısa müddətli səfərlər üçün Avropa ölkələrinə gedən üçüncü ölkə vətəndaşlar üçün 10 noyabrdan etibarən yeni qayda tətbiq olunacaq.
Konkret olaraq, EES, üçüncü ölkə vətəndaşlarının pasportlarının əl ilə möhürlənməsini əvəz edəcək və Şengen bölgəsinin xarici sərhədlərindən qısa müddətli (ümumi 180 günlük dövr ərzində maksimum 90 gün) keçid edən Aİ vətəndaşı olmayan şəxslərin giriş, çıxış, girişin rədd edilməsi və qalma müddətlərinin elektron şəkildə yoxlanılmasını təmin edəcək. Aİ bu yeni sistemlə sərhəd keçidlərini daha təhlükəsiz və səmərəli hala gətirməyi, hava limanlarında pasport növbələrində gözləmə müddətini qısaltmağı, qanunsuz miqrasiyanın qarşısını almağı və Avropa vətəndaşlarını qorumağı hədəfləyir. EES, saxta sənədlərlə Aİ-yə girməyə çalışanların aşkarlanmasını da mümkün edəcək. EES fəaliyyətə başladıqda, üçüncü ölkə vətəndaşları Aİ sərhədində barmaq izləri və üztanıma sistemi vasitəsi ilə yoxlanılacaqlar. Sərnişinlər Aİ xarici sərhədini hər keçdiklərində pasport və ya digər səfər sənədlərini self-servis köşkdə skan edəcəklər. Sistem Aİ vətəndaşları, qanuni sakinlər və ya uzunmüddətli viza sahibi olan şəxslər üçün keçərli olmayacaq. Həmçinin, elektron köşkdən ilk keçiddən sonra növbəti səfərlərdə yalnız bir barmaq izi və ya üztanıma sistemi ilə icazələri təsdiqləmək kifayət edəcək.

Yazılan məlumatlar EES-də yalnız üç il saxlanılacaq. Sistemin Kiprdə və İrlandiyada tətbiq olunmayacağı gözlənilir, lakin Şengenə daxil olan İslandiya, Lixtenşteyn, Norveç və İsveçrəyə girişlərdə istifadə ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
1news.az

1Mənbələr