AZ

Putin Durovla Bakıda görüş iddiasından danışdı: “Cəmi bir dəfə…” 

“Azərbaycana səfərim zamanı “Telegram”ın qurucusu Pavel Durovla görüşüm olmayıb, onun Bakıda olduğunu bilmirdim”.

Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O, Durovla cəmi bir dəfə görüşdüyünü bildirib:

“Onunla bir dəfə, illər əvvəl Moskvada görüşmüşəm. Durov biznesin inkişafı ilə bağlı planlarından danışırdı. Rusiya Federasiyasının hakimiyyət orqanları digər ölkələrdən fərqli olaraq Durova qarşı heç bir iddia irəli sürməyib. Fransa hakimiyyətinin hərəkətləri qeyri-müəyyəndir. Əgər Durovla belə rəftər edilirsə, eyni əsasla başqaları da həbs olunmalıdır”.

Qeyd edək ki, Rusiya Prezidentinin Bakıya səfəri zamanı Pavel Durovla şəxsən görüşdüyü iddia olunurdu./ Globalinfo.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
referans.az

1Mənbələr