AZ

Filippinlilər başları üzərindən keçən asteroidin düşmə anını çəkdilər - VİDEO

Astronom, Moskva Dövlət Universitetinin fizika fakültəsinin dosenti Vladimir Surdin Filippin üzərində bir yarım metrlik meteoroidin yanmasının görüntülərini nümayiş etdirib.

Qaziler.az xəbər verir ki, görüntülər “Telegram” kanalında paylaşılıb. Videonun şərhində qeyd olunub ki, obyekt parlaq cığır əmələ gətirib.

İlkin məlumatlara görə, diametri 1,5-1,6 metr olan bu daş bu gün Filippin üzərində, paytaxt Manilanın bir neçə yüz kilometr şimalında səmasında uçub.

Surdin qeyd edib ki, obyekt atmosferdə hava molekulları ilə sürtünmə nəticəsində yanaraq parlaq bir cığır və müvafiq olaraq meteor və ya “atan ulduz” əmələ gətirib.

Qeyd edək ki, sentyabrın 4-də Yerə CAQTDL2 asteroidinin düşəcəyi barədə xəbərdarlıq edilmişdi. Obyektin Filippinin paytaxtı Manilanın bir neçə yüz kilometr şimalında yerə enəcəyi deyilmişdi.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
qaziler.az

1Mənbələr