AZ

Əsgər Akayev Qırğızıstanın eks-prezidenti statusunu qaytarmağı xahiş edir

Qırğızıstanın keçmiş lideri Əsgər Akayev Joqorku Keneşə (Qırğızıstan parlamenti) eks-prezident statusunun bərpası xahişi ilə məktub göndərib.

Musavat.com 24.kg saytına istinadla xəbər verir ki, məlumatı parlamentin mətbuat xidməti təsdiqləyib.
Daha əvvəl “Azattık” deputat Çolpon Sultanbekovaya istinadla yazıb ki, Əsgər Akayevdən məktub bu gün, sentyabrın 5-də alınıb.

“Məsələ dərhal gündəliyə daxil edilməyəcək. Əvvəlcə fraksiyalar, onların rəhbərləri və deputatları ilə danışıqlar aparılacaq. Bundan sonra bu məsələnin nə vaxt gündəliyə salınacağı ilə bağlı məlumat verəcəyik”, - deyə xalq deputatı qeyd edib.

Xatırladaq ki, Əsgər Akayev ölkəni 1990-2005-ci illərdə idarə edib. 2005-ci il martın 24-də ailə, avtoritar və korrupsioner hakimiyyətə qarşı “Lalə inqilabı” adlandırılan inqilab nəticəsində devrilib. Bundan sonra Akayev Qırğızıstan Respublikasını tərk edib və o vaxtdan Rusiyada yaşayır.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
musavat.com

1Mənbələr