AZ

Xəstəxanada dəhşətli səhv: Dalaq əvəzinə qaraciyərini çıxardı...

ABŞ-ın Alabama ştatından olan 70 yaşlı Uilyam Brayan adlı kişi Floridada tətildə olarkən qəfil qarın ağrısı hiss edib və arvadı ilə birlikdə “Ascension Sacred Heart Emerald Coast” xəstəxanasına yerləşdirilib. Həkimlər Brayanın dalağında problem olduğunu düşünərək təcili əməliyyat keçirməyə qərar veriblər.

Yenisabah.az xəbər verir dəhşətli hadisə məhz bundan sonra baş verib. Tomas Şaknovski adlı həkim həyatının səhvini edib. O, dalağı götürməli olduğu zaman təsadüfən Brayanın qaraciyərini çıxarıb.

Bu ciddi səhv həddindən artıq qan itkisi və Brayanın əməliyyat masasında ölümü ilə nəticələnib. kapital bank vakansiya

Daha acınacaqlısı isə cərrah çıxardığı orqanı dalaqla səhv salmasını anlamayıb və səhvini yalnız Brayan öləndən sonra başa düşüb.

Cərrah Brayanın arvadına bildirib ki, dalağın ölçüsü çox böyük olub və yerdəyişməsi varmış.

Əri ölən Beverli həm məhkəməyə müraciət etmək, həm də cərraha cinayət işi açdırmaq istəyir. O bildirib ki, məqsəd sözügedən cərrahın digər xəstələrə zərər verməsinin qarşısını almaqdır.

Qeyd edək ki, meyit yarılan zaman Brayanın dalağında kiçik bir kist tapılıb və bu, ehtimal ki, ilkin ağrının səbəbi olub. 

Əsmətxanım RZAZADƏ


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
yenisabah.az

1Mənbələr