AZ

Trampdan məxfi sənədlərlə bağlı mühüm mesaj: "Seçilsəm, UFO-larla bağlı yeni görüntüləri açıqlayacağam" - ""Seks adası"na heç getmədim..."

ABŞ-ın keçmiş prezidenti Donald Tramp maraqlı açıqlamalar verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, prezident seçiləcəyi təqdirdə UFO-ların yeni şəkillərini, sui-qsədə uğramış sabiq prezident və  "seks adası"nın sahibi, milyarder dostu Cefri Epşteynlə bağlı daha çox sənədləri ictimaiyyətə açıqlayacağını bəyan edib.

Fridmanən "Pentaqon bir neçə UFO videosu yayımladı, qırıcı pilotların da bu barədə maraqlı lətifələri var. İnsanlar daha çox görüntünün dərc olunmasını istəyir. Seçiləsniz, Pentaqonu bu mövzuda təşviq edəcəksiz?" sualını Tramp belə cavablandırıb: "Bəli, mütləq edəcəm. Bunu etməliyəm. Bəs UFO-ların dünyaya sahib olacaq texnologiyasının olub-olmadığını bilirımmi? Mən buna inanırammı? Xeyr, bu barədə bir şey deyə bilmərəm. Amma ciddi insanlar mənə səmada çox qəribə şeylər gördüklərini deyirlər".

Tramp daha sonra keçmiş prezident Con Kennedinin 1963-cü ildə öldürülməsi ilə bağlı suala cavada deyib ki, bu haqda sənədləri açıqlaması üçün ona təzyiq var: “Mən də Kennedi ilə bağlı təzyiq altındayam. Mən çoxlu sənədləri açıqladım, amma bəziləri yalvarırdılar ki, bu sənədləri tam açıqlasın. Mən bunu da çox erkən bir tarixdə edəcəyəm”.

"Seks adası" yaratmaqda və orada azyaşlı uşaqları və qadınları seksə məcbur etməkdə ittiham olunan və bu barədə sirləri faş olduqdan sonra həbs edilən amerikalı milyarder Cefri Epşteynlə bağlı daha çox sənədi açıqlamaq istədiyini də bildirən Tramp deyib ki, o, həmin "ada"da olmayıb: "Xoşbəxtlikdən Epstein adasına getmədim. Amma çox adam getdi. Kennedi haqda dosyelər Epsteinin dosyesindən fərqlidir. Kennedi davası çox köhnədir. Bəzi insanlar üçün təhlükəli törətmir. Ancaq Epşteynlə bağlı sənədlər çox insana zərər verə bilər..."

Zülfiyyə

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
2
mia.az

3Mənbələr