AZ

Onlarla deputat Makronun istefasını tələb edib

Fransanın solçu "Yeni Xalq Cəbhəsi” alyansının 81 deputatı ölkə prezidenti Emmanuel Makronun hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı qətnamə imzalayıb. Bu barədə Fransanın "Franceinfo” radiostansiyası məlumat yayıb.

Yeni Xalq Cəbhəsinin nümayəndələri Makron seçkilərdə qalib gələn koalisiyadan baş nazir təyin etməkdən imtina etdiyi üçün onun istefasını tələb ediblər. "Hökumətin formalaşdırılması vəzifəsinin qalib gələn partiyaya həvalə edildiyi Avropa İttifaqı ölkələrinin heç birində Makronun imtinasının tayı-bərabəri yoxdur”, - deputatlar vurğulayıb.

Fransa parlamentinə iyulun 7-də başa çatan növbədənkənar seçkilərdə solçu Yeni Xalq Cəbhəsi alyansı Milli Assambleyadakı 577 yerdən 182-ni qazanıb.
 
Hazırda Burbon sarayında 168 kürsüyə sahib olan "Respublika naminə birlikdə” prezident koalisiyası finiş xəttinə ikinci çatıb.
 
Respublikaçılar partiyasından olan müttəfiqləri ilə sağçı Milli Ralli partiyası 143 mandat qazanıb. Palatada mütləq çoxluq üçün partiyanın 289 mandatı olmalıdır.
 
Avqustun 26-da Makron Yeni Xalq Cəbhəsinin iqtisadçı Lusi Kasetin Nazirlər Kabinetinin rəhbəri təyin edilməsi təklifini rədd edib.
 
N.Təbrizli

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
anews.az

1Mənbələr