AZ

İrəvanda konstitusiya müzakirələri başladı

Ermənistan bu gündən etibarən konstitusiyaya dəyişikliklə bağlı prosesə start verir. Tribunainfo.az xəbər verir ki, bu ölkənin ədliyyə naziri Qriqor Minasyan bu gün yeni yaradılmış komitənin iclasında bir sıra məsələlərin müzakirə olunacağını bildirib.
O deyib ki, mümkündür ki, konstitusiyaya dəyişiklik referendumla deyil, daxili qaydalara əsasən baş versin. Yəni, əgər maddələr strateji əhəmiyyət daşımırsa, onu parlament səviyyəsində müəyyən edəcəklər. Bu, yeni ideyadır, onu müzakirə edəcəyik, Şura qərar verəcək. Demək olar ki, bu gün yeni Konstitusiyanın və yeri gəlmişkən, yeni ideyaların müzakirəsinə yeni start verilir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
tribunainfo.az

1Mənbələr