Rusiya prezidenti Vladimir Putin Qərb liderləri ilə təmasları şərh edərək, uzun müddətdir ki, onlara zəng etmədiyini deyib.
Medianews.az TASS-a istinad edərək xəbər verir ki, bu barədə Rusiya lideri Şərq İqtisadi Forumunun plenar iclasında bildirib.
“Uzun müddətdir ki, bəzi Avropa ölkələrinin və ABŞ-ın nümayəndələri ilə danışıqlarımız yoxdur. Baxmayaraq ki, biz bu təmaslardan imtina etməmişik. Onları məhdudlaşdırırlar”, – deyə o bildirib.
Eyni zamanda, dövlət başçısı qeyd edib ki, müxtəlif kanallar, o cümlədən xarici siyasət idarələrinin kanalları vasitəsilə müəyyən informasiya mübadiləsi aparıla bilər.
Medianews.az