AZ

Putin Qərb liderləri ilə təmasları bu cür şərh etdi

Rusiya prezidenti Vladimir Putin Qərb liderləri ilə təmasları şərh edərək, uzun müddətdir ki, onlara zəng etmədiyini deyib.

Medianews.az TASS-a istinad edərək xəbər verir ki, bu barədə Rusiya lideri Şərq İqtisadi Forumunun plenar iclasında bildirib.

“Uzun müddətdir ki, bəzi Avropa ölkələrinin və ABŞ-ın nümayəndələri ilə danışıqlarımız yoxdur. Baxmayaraq ki, biz bu təmaslardan imtina etməmişik. Onları məhdudlaşdırırlar”, – deyə o bildirib.

Eyni zamanda, dövlət başçısı qeyd edib ki, müxtəlif kanallar, o cümlədən xarici siyasət idarələrinin kanalları vasitəsilə müəyyən informasiya mübadiləsi aparıla bilər.

Medianews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
medianews.az

1Mənbələr