AZ

Erməni təxribatlarında iki əsas FAKTOR: “Bu qüvvələr prosesi gərginləşdirmək istəyir”

“Son proseslərdə Ermənistanda situasiya birmənalı deyib. Çünki orada uzun illərdir ki, hökumətdaxili böhran hökm sürməkdədir. Yəni dərəbəylikdir, ölkə daxilində monolit idarəetmə sistemi yoxdur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Mürtəza Bünyadlı deyib.

Siyasi təhlilçi Ermənistanın son günlər şərti sərhəddə atəşkəsi pozmasının pərdəarxası məqamlarına toxunub.

Onun fikrincə, Ermənistanda Nikol Paşinyan gəlməmişdən mövcud olan qüvvələr, ordudakı revanşistlər bu gün də fəaliyyət göstərirlər:

“İndi də onların müharibədən sonrakı cəhdlərini görürük ki, sözügedən qüvvələr daim prosesi gərginləşdirmək niyyətindədir. Bu gün Ermənistan daxilində müxtəlif qüvvələrə bağlı fərqli güclər mövcuddur. Bölgədə hər hansı bir sabitlik istəməyən qüvvələr belə gərginlikləri daim yaradırlar və buna bu gün də davam edirlər”.

O xatırladıb ki, Qazaxda sərhədlərin delimitasiyasından sonra keşiş Baqrat Srbazanın İrəvanda başlatdığı hərəkat da revanşist qüvvələrin adıdmlarından biri idi:

“Onlar hər vasitə ilə çalışırlar ki, bölgədə sabitlik pozulsun. Doğrudur, may ayından sonra Ermənistanla Azərbaycan arasında bir durğunluq mövcud idi. Son günlərdə isə müəyyən sülh danışıqları təklifləri irəli sürülsə də, bu, aktiv mərhələdə deyildi. Ona görə ki, Ermənistan rəhbərliyinin özü də danışıqlardan yayınmaq üçün müxtəlif yönlü hərəkətlər edir. Bir sözlə, bunların hamısı bölgədə maraqlı güclərin istəyinin yerinə yetirilməsi üçün atılan addımlardır”.

M. Bünyadlının fikrincə, bu məsələdə 2 əsas faktor özünü büruzə verir:

“Bunlardan biri odur ki, bölgədə marağı olan güclər öz maraqlarını təmin etmək üçün Ermənistandan istifadə edirlər. Onlar bununla həm daxildəki, həm də bölgədəki vəziyyəti gərginləşdirirlər. Lakin burada ikinci faktor kimi Nikol Paşinyanın da marağı ola bilər. Yəni o atəşkəsi pozmaqla bunu daxili auditoriyaya hesablanmış bir hərəkət kimi həyata keçirə bilər. O xalqa başa sala bilər ki, əgər gərginlik yaranarsa, Azərbaycan hücuma keçər və yenidən insan qırğını olar. Məhz buna görə də xalqı sakitləşdirmək üçün belə addımlar atması mümkündür. Lakin bu təxribatların heç bir nəticəsi olmayacaq. Çünki Azərbaycan öz suverenliyi bərpa edib. Sadəcə, hazırda Zəngəzur uğrunda bir savaş gedir. Bu təkcə Ermənistan-Azərbaycan arasında olan mübarizə deyil, həm də dünya gücləri bu bölgə uğrunda savaşırlar”.

Rafi Müslümov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
yenicag.az

1Mənbələr