AZ

AFFA 3 klubu cərimələdi, “Zirə”yə xəbərdarlıq etdi

AFFA İntizam Komitəsinin iclasında Misli Premyer Liqasının V turunun oyunları müzakirə olunub. Matc.az xəbər verir ki, qurum cəzaları açıqlayıb. “Sumqayıt”la oyunda 5 futbolçusu sarı vərəqə alan “Araz-Naxçıvan” 700 manat cəriməyə məruz qalıb. AFFA İntizam Komitəsinin iclasında Misli Premyer Liqasının V turunun oyunları müzakirə olunub. Matc.az xəbər verir ki, qurum cəzaları açıqlayıb. “Sumqayıt”la oyunda 5 futbolçusu sarı vərəqə alan “Araz-Naxçıvan” 700 manat cəriməyə məruz qalıb. “Şamaxı” – “Neftçi” və “Kəpəz” – “Sabah” görüşləri bitdikdən sonra meydançaya kənar şəxs daxil olub. Bu üzdən meydan sahibi komandalar 800 manat cərimələnib. “Zirə” – “Qarabağ” matçında isə ev sahiblərinin azarkeşləri tərəfindən qonaqların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib. Bu, mövsümdə ilk dəfə yaşandığından, “Zirə”yə xəbərdarlıq olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
matc.az

1Mənbələr