AZ

“Ağ cənnət” kimi tanınan tarixi və möcüzəli məkan – VİDEO

Son yeniləmə: 5 Sentyabr 2024 11:46 BAYRAQDAR MEDİA – 2024-cü ilin ilk 8 ayında Denizli vilayetinin tarixi yerlərindən biri olan Pamukkaleni ziyarət edənlərin sayı açıqlanıb.Bu barədə denizli24haber.com saytı məlumat yayıb.Bildirilib ki, “Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı məlumatlara görə, 8 ayda ziyarətçilərin sayı keçən ilə nisbətən təxminən 12 faiz artaraq 1 milyon 700 minə çatıb. Yəni dünyaca məşhur turizm mərkəzi Pamukkale keçən il 1 yanvar – 31 avqust 2023-cü il tarixləri arasında 1 milyon 512 min 648 ziyarətçi qəbul edərkən, bu ilin 8 ayında antik şəhəri ziyarət edən turistlərin sayı eyni ilə müqayisədə təxminən 12 faiz artıb”.Qeyd edilib ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına düşən Pamukkalenin ağ cənnətinə ziyarətçi axını davam edir: “Hierapolis Antik Şəhəri, ağ travertinləri və Qədim Hovuzu ilə bənzərsiz gözəlliyə malik olan Pamukkale xarabalıqları hər mövsüm dünyanın hər yerindən ziyarətçiləri qəbul edir. Gecə muzeylərinin tətbiqi ilə ziyarətçilərin sayının artdığı Pamukkaledə qonaqlar travertenlərdə gəzmək, termal suya girmək və qədim şəhəri görmək imkanı əldə edirlər.Bu məqamda xatırladım ki, 2019-cu ildə bu sətirlərin müəllifi olaraq mən də Pamukkaleni ziyarət etmək xoşbəxtliyini yaşamışam. Hələ o zaman xarici turistlərin bu dünya möcüzəsi sayılan məkana necə maraq göstərdiyinin şahidi olmuşdum.O zaman da qeyd etdiyim kimi “Denizliyə səfər edənlər Pamukkaleni, dünyada “Ağ cənnət” kimi tanına bu tarixi və möcüzəli yeri mütləq görməlidirlər. Sahib olduğu pambıq kimi ağ travertenləri (sudakı kirəcin əmələ gətirdiyi qabarmalar), şəfalı suları, Hierapolis antik şəhəri və tarixi əsərləri ilə dünyanın 8-ci möcüzəsi olan Pamukkale UNESCO tərəfindən Dünya Mədəni İrs siyahısına daxil edilib. Günün hər saatında fərqli bir gözəlliyə bürünən Pamukkale xüsusilə gün batan zaman gözqamaşdırıcı, gözəl bir görünüşə qovuşur. Rənglərin adətən rəqs etdiyi bu zaman kəsimində ortaya çıxan mənzərə tək kəlmə ilə möhtəşəmdir”.O zaman əldə etdiyim bilgiyə görə, şəfalı suları ilə məşhur Pamukkale sağlıq mərkəzi olan Antik hovuz üz və eklem xəstəliklərinin müalicəsində son dərəcə təsirlidir. Antik hovuz “Kleopatranın gözəllik iksiri” kimi də əfsanələrdə yer alıb.Antik dönəmin inanc və səhiyyə mərkəzi, sağlamlıq mərkəzi olan Hierapolis antik şəhəri sahib olduğu möhtəşəm tikililəri və günümüzə qədər gəlib çatan qiymətsiz tarixi əsərləri ilə mütləq görülməsi lazım olan yerlərdən biridir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
50
bayraqdar.info

10Mənbələr