AZ

Xəstəxanaya getməsəydi, bilməyəcəkdi: İllərlə bətnində imiş... - 10 kilo!  

Türkiyənin Adana şəhərində yaşayan və 24 ildir evli olan G.D adlı qadın 20 il uşaq sahibi olmaq üçün müxtəlif müalicələr alıb. Uşağı olmayan qadın bu müddət ərzində qarın ağrısı və şişkinlikdən şikayət edib. 

Yenisabah.az xəbər verir ki, G.D ağrısına çarə tapmaq və uşaq sahibi olmaq üçün Diyarbəkirdəki özəl xəstəxanaya yollanıb. Bundan sonra o, həyatının dəhşətli xəbərini alıb. Belə ki, qadın əməliyyat olunub və qarnından çəkisi 10 kiloqram, diametri 30 santimetr olan kütlə çıxarılıb. 

Əməliyyatı həyata keçirən qrupun rəhbəri Ginekologiya və Doğum Mütəxəssisi Fuat Zaman bildirib ki, qadının uzun illər şikayəti olsa da, heç vaxt həkimə gəlməyib:  vakansiya

“Xəstəmiz qarının həddindən artıq şişməsi, böyüməsi, qanaxma və uşaq sahibi ola bilməmə şikayətləri ilə bizə müraciət edib. Ultrasəs müayinəsi apararkən xəstənin qarnını tamamilə dolduran 30 santimetr ölçüdə və 10 kilo çəkidə böyük bir kütlə aşkar etdik. Biz bunu mioma kimi qiymətləndirdik.

Xəstəyə cərrahiyyə əməliyyatı tövsiyə etdik. Çünki bu, uşaqlıq və qarın nahiyəsini tamamilə örtən kütlə idi. Əməliyyatı etdik, əməliyyatımız uğurla keçdi. Xəstə hazırda xəstəxanada, yataq rejimindədir. Xəstənin yaşı çox olduğu və uşaq sahibi olmaq arzusunda olduğu üçün 1-2 aydan sonra sağaldıqdan sonra hamilə qalması üçün də müalicəyə başlayacağıq. 

Xəstənin ümumi sağlamlıq vəziyyəti hazırda çox yaxşıdır, yeyib-içməsi normaldır. Belə xəstələrin uzun müddətli şikayətləri olur, lakin onlar vaxtında həkimə müraciət etmirlər. Onlar yalnız həddindən artıq qanaxma, yorğunluq və qarın şişkinliyi artdıqda məcbur olub həkimə gəlirlər”. 

Şeyla Səmiyeva 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
2
yenisabah.az

3Mənbələr