AZ

Meymunçiçəyi ilə bağlı xəbərdarlıq edildi: Hazır olun!

Avropa ölkələri meymunçiçəyi virusunun riskinin aşağı olmasına baxmayaraq, yayılma hallarının arta biləcəyi ehtimalına qarşı hazır olmağa çağırılıb.

Publika.az xəbər verir ki, bu barədə Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) xəbərdarlıq edib.

Mərkəzin direktoru professor Pamela Rendi-Vaqner hazırda Avropada epidemiya riskinin aşağı olduğunu və yeganə yoluxmaya avqustun 15-də İsveçdə rast gəlindiyini bildirib. Lakin o, bildirib ki, ölkələr yayılmanın qarşısını almaq üçün infeksiyaları mümkün qədər tez aşkar etməyə hazır olmalıdırlar.

Vaqner Afrikada hesabat və diaqnoz prosesində çatışmazlıqlar olduğuna diqqət çəkib: "Afrikadakı epidemiyanın əsl ölçüsünün çox daha böyük ola biləcəyini güman edirik. ECDC Avropa İttifaqına üzv dövlətləri epidemiyaya qarşı hazırlamaqla yanaşı, Afrikada, xüsusilə Konqo Demokratik Respublikasında da bu sahədə fəaliyyət göstərir. Bu yolla bölgədəki səhiyyə orqanlarına dəstək verilir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
publika.az

1Mənbələr