AZ

Dominikanda Maduronun daha bir təyyarəsinə həbs qoyuldu


Dominikanda Venesuela hökuməti və prezident Nikolas Maduro ilə əlaqəsi olan daha bir təyyarəyə həbs qoyulub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dominikanın “Diario Libre” nəşri mənbələrə istinadla məlumat yayıb.
“Nikolas Maduro hökuməti ilə əlaqəli ikinci təyyarə Amerika hakimiyyətinin tələbi ilə Dominikan Respublikasında saxlanılıb. Hazırda təyyarə beynəlxalq hava limanındadır və müşahidə altındadır”, - məlumatda bildirilib.
Müvafiq məhkəmə qərarı olmadan təyyarənin hərəkətinə qadağa qoyulub.
Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi sentyabrın 2-də də Dominikanda Maduroya məxsus təyyarəyə həbs qoyduğunu açıqlamış, həmçinin təyyarəyə Amerika sanksiyalarından yayınaraq alındığı üçün həbs qoyulduğunu bəyan etmişdi.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
yeniavaz.com

1Mənbələr