AZ

İran mediası Zəngəzura görə Rusiyanı tənqid etdi: "Xəyali dəhliz yaranmayacaq"

Rusiyanın Prezidenti Vladimir Putin və ölkənin xarici işlər naziri Sergey Lavrovun Zəngəzur dəhlizi və Ermənistanın bu dəhlizin açılmasına dayir maneələr törətməsi barədəki açıqlamaları İran tərəfinin qəzəbi ilə qarşılaşıb.

Bununla bağlı İran mediası, xüsusən SEPAH-a bağlı "Təsnim" xəbər agentliyi geniş məqalə dərc edərək Moskvanı ittiham edib.

Məqalənin ikinci yarısında "Rusiyaya rəsmilərinə bir neçə əhəmiyyətli tövsiyə" adı altında İranın Zəngəzur dəhlizi və Rusiyanın mövqeyi ilə bağlı 7 hissədən ibarət "tövsiyə"lər dərc olunub.

Məqalənin başlanğıcında deyilir: "Vladimir Putinin Bakıya son səfərindən sonra Rusiyanın yüksək rütbəli məmurlarının Cənubi Qafqaz regionunda kommunikasiya marşrutu ilə bağlı son mövqeyinin açıqlanması və onun son günlərdə təkrarlanması, 
İranın regionun coğrafiyası ilə bağlı elan etdiyi bəzi prinsip və əsasları Rusiya hakimiyyəti üçün bir daha vurğulamaq lazımdır".

Bundan sonra məqalədə Rusiya xarici işlər naziri Sergey Lavrovun “Təəssüf ki, Ermənistanın Siyonik bölgəsindən kommunikasiya ilə bağlı baş nazir Paşinyanın imzaladığı müqaviləyə əngəl törədən Ermənistan rəhbərliyidir” fikirləri tənqid olunub.

Lavrova cavab olaraq yazılıb: "Rusiya xarici işlər nazirinin bu mövqeyi Moskvanın Azərbaycan Respublikasından Naxçıvan bölgəsinə şərq-qərb marşrutu olacaq “Zəngzur” adlı dəhlizin Ermənistanın bu ərazidən keçməsi ilə bağlı mətbuatda müxtəlif şərhlərə və fərziyyələrə səbəb olub. 

İranın yüksək rütbəli rəsmiləri Rusiya, Azərbaycan Respublikası, Ermənistan və Türkiyə rəsmiləri ilə müxtəlif görüşlərdə Tehranın sərhədlərdə və regionda geosiyasi dəyişikliklər gətirəcək bu dəhlizə açıq şəkildə qarşı olduğunu dəfələrlə bəyan ediblər".

Yazının davamında Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın son açıqlamalarına da toxunulub və bildirilib ki, bu açıqlamalardan sonra Rusiyanın bu mövqeyinə həssaslıq daha da güclənib. 

SEPAH-ın mövqeyini əks etdirən yazıda Zaxarovanın "Zəngzur Azərbaycanın əsas ərazisini Ermənistanın Siyonikindən keçməklə Naxçıvana birləşdirə biləcək marşrutdur. Zəngzurun blokunun açılması Ermənistanla üçtərəfli sülh danışıqları çərçivəsində mütləq müzakirə olunacaq" açıqlamasına xüsusi həssaslıqla yanaşılıb.

Qeyd edək ki, Zaxarova deyib: "Bu mövqe 2020-ci ilin noyabrında və Bakı ilə İrəvan arasında 44 günlük müharibədən sonra (27 sentyabr - 11 noyabr 2020-ci il) Moskva sülh sazişinin 9-cu bəndinin təkrarı idi; 9-cu bənd tərəflərdən rabitə kanallarının bloklanmasına son qoymağı tələb edir".

"Son müzakirələrdən sonra İran da Rusiya tərəfinə lazımi mesajı çatdırmaq üçün diplomatik tədbirlər görüb və Rusiyanın Tehrandakı səfirini (Aleksey Dedov) nazirliyə çağırarıb və  xarici işlər nazirinin köməkçisi və Avrasiya üzrə baş direktor Müctəba Dəmirçilu İran İslam Respublikasının Rusiyaya etirazını bildirib.

O, Qafqazda davamlı sülhün və regional əməkdaşlığın əsasının qarantı olan ölkələrin milli suverenliyinə, ərazi bütövlüyünə və qarşılıqlı maraqlarına hörmət olduğunu qeyd edib",- "Təsnim" İran tərəfinin Rusiyaya etiraz bildirməsinə toxunub.

Xəbər agentliyinin dərc etdiyi geniş yazının davamında "Rusiya hakimiyyətinə bəzi vacib tövsiyələr.
Rusiya hakimiyyətinə bir neçə məqamı xatırlatmaq lazımdır",- yarım başlığı adı altında verilən "məsləhət"lərdə Tehranın rəsmi Moskvanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyindən dərin narahatlıq keçirdiyi hiss olunur.

Burada deyilir:

Birincisi, Rusiya Xarici İşlər Nazirliyi İranın gözləntilərinə zidd açıqlamalar verdi; Ölkəmizin yüksək vəzifəli şəxsləri vasitəsilə və bir çox hallarda İran İslam Respublikası Naxçıvanı Azərbaycanla birləşdirən Zəngzor və digər dəhlizlərin istənilən növünə qarşıdır, ona görə də Rusiyanın bu mövqe təəccüblüdür!

İkincisi, Moskva hakimiyyəti yaxşı bilir ki, İran İslam Respublikası müstəqil ölkə kimi regionda, xüsusilə də Cənubi Qafqazda baş verən ən xırda hadisələrlə bağlı dəqiq və aydın mövqelərə malikdir.

İran, həmişə Amerikaya, Qərbə və dünyada hökmranlıq istəyənlərin hamısına qarşı dayanıb və İran İslam İnqilabından sonra baş verən tarixi hadisələr Tehranın qlobal zorakılıqlara qarşı dayanmaq kimi əsas strategiyasını təsdiqləyir.

Üçüncüsü, İran İran İslam Respublikası öz sərhədində və ölkənin təhlükəsizlik sərhədlərində hər hansı bir dəyişikliyi qəbul etmir.

Dördüncüsü, heç bir qaydaya əsasən, Cənubi Qafqaz ölkələrinin heç birinin təhlükəsizliyi və geosiyasi mövqeyi digərlərindən üstün deyil; Bəs niyə bizim rus dostlarımız Ermənistanla problemlərini həll etmək üçün Zəngzor dəhlizindən istifadə etməli olduqlarını düşünürlər?

Beşincisi, Moskva və ya Rusiya Ukrayna ilə müharibənin qızğın çağında olanda amerikalılar Cənubi Qafqazda NATO dərisinə bürünmüş ilan kimi yol açmaq istəyirdilər. Amma İran İslam Respublikası bütün gücü ilə NATO və Amerikanın qarşısında təkbaşına dayandı. Belə ki, Bayden hökuməti İranın Zəngzor dəhlizinin açılmasına yeganə maneə olduğunu açıqladı.

Rusiya onu da diqqətdə saxlamalıdır ki, Zəngzur dəhlizi məsələsində, son iki ildə bu ölkənin başı Ukrayna məsələsinə qarışarkən, bu məsələdə İran və şəxsən ali həhbər mənfəətpərəst tərəflərin, xüsusən də qərblilərin israfçılığına qarşı dayanıb, onların təcavuzlərinə imkan vermirdi.

İranın öz mövqeyini açıq-aşkar bəyan etdiyi və bu məsələ dünyada təyin edici bir məsələyə çevrildiyi, İranın bu məsələdə mövqeyinin hamı tərəfindən də etiraf edildiyi bir vaxtda Rusiyanın məsələ ilə bağlı belə bir açıqlaması təəccüblüdür!!

Altıncı məqam ondan ibarətdir ki, iki ölkənin hakimiyyət orqanları strateji əlaqələr bağlamağa hazırlaşır və bu, İran İslam Respublikasının hansısa strateji əlaqələr qurmaq iradəsinə işarədir. Rusiyanın yüksək rütbəli rəsmiləri, xüsusən də bu ölkənin prezidenti Vladimir Putin də bu məsələyə təkid edib.

Cənab Putinin İran İslam Respublikasının yüksək rütbəli rəsmiləri ilə əldə etdiyi çox mühüm və aydın razılaşmaları və iki ölkənin strateji əlaqələrin möhkəmləndirilməsində hədəflərini nəzərə alsaq, Rusiya Xarici İşlər Nazirliyinin belə bir mövqeyi təəccüblüdür!! Belə görünür ki, Rusiya Xarici İşlər Nazirliyi üçün “strateji münasibətlər”in praktiki mənası yenidən müəyyən edilməlidir.

Yeddinci, görünən odur ki, Rusiya Xarici İşlər Nazirliyi aldanıb və İranın müxalifəti ilə qətiyyən yaradılmayacaq buxəyali Zəngzur dəhlizindən istifadə etməklə Ermənistanla problemlərini həll etmək niyyətindədir.

Xatırlatmaq yerinə düşər ki, Zəngzor dəhlizinin açılması İranın Avropaya açılan qapılarından birinin bağlanması və İran İslam Respublikasının qonşularının sayının 15-dən 14-ə endirilməsi deməkdir.

İran və Rusiyanın axtardığı “strateji əlaqələr” konsepsiyasına görə, bu cür taktiki addımların atılması strateji münasibətlərin əsasları ilə ziddiyyət təşkil edir.

Yekun: Çox güman ki, Zəngzurda və ya qeyri-Zəngzurda dəhliz deyilən bir şey açmaq istəsələr, qərblilər buna mütləq müqavimət göstərəcəklər və sonra bu münaqişə İranın şimal-qərbinin çox həssas sərhədlərinin düz yanında yeni alovlanma mərkəzi yaradacaq.

Əgər hər hansı bir ölkə öz sərhədlərindən kənarda başqalarının hesabına yeni alovlanma və qarşıdurma cəbhəsi açmaqla öz problemlərini həll edə biləcəyini düşünürsə, o zaman dünyanın heç bir yeri təhlükəsiz olmayacaq və dünyada daimi xaos hökm sürəcək".

Qeyd edək ki, "Təsnim" xəbər agentliyi İran İslam İnqilabı Keşikçilərinin və ölkə rəhbəri Əli Xaməneinin fikir və mövqelərini əks etdirən media qurumudur.

Buna görə də, burada əks olunan mövqeyin həm də Əli Xaməneinin baxışlarını əks etdirdiyini demək olar.

Bundan əvvəl də, Zəngəzur dəhlizinin açılması ilə bağlı gedən müzakirələrlə bağlı Əli Xamənei oxşar fikirlər səsləndirib, o və ölkənin başqa yüksək rütbəli rəsmiləri bunu İranın qırmızı xətti adlandırıblar.

Onuda qeyd etmək yerinə düşər ki, Rusiya ilə strateji müttəfiqlikdən danışan Tehran hakimiyyəti, Zəngəzur dəhlizində Rusiya sülhməramlıları və nəzarətçilərinin olmasına qarşı çıxdığı halda, başda Amerika olmaqla bir neçə Qərb ölkəsinin Ermənistanın İranla sərhəd bölgələrində hərbi baza qurmaları və hərbçilər yerləşdirmələrinə mülayim yanaşır.

Bəzi İran rəsmiləri məsələ ilə bağlı verdikləri açıqlamalarda bildiriblər ki, Ermənistanın kiminlə dostluq edib, etməyəcəyi İrəvanın öz işidir.

Görünən odur ki, İran Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmaması, Azərbaycan Respublikasının sülh sazişində əks olunan tələblərinin yerinə yetirilməməsi üçün öz sərhəddində Amerika hərbçilərinin belə olmasına razıdır.

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
50
visiontv.az

10Mənbələr