AZ

Ağadadaş Ağayev balata atdığı klinikadan mənəvi zərər tələb edir

Xalq artisti Ağadadaş Ağayev "Medera Hospital"ını məhkəməyə verib. 

Qaynarinfo-nun məlumatına görə, ifaçı məhkəmədə "Medera Hospital" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi" üzrə iddia qaldırıb. 

İşə Binəqədi Rayon Məhkəməsinin hakimi Nigar Nəbizadənin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayevin bir müddət əvvəl sözügedən klinikanın mühafizəçisi ilə dava videosu yayılmışdı. Xalq artisti əlində balta ilə "Medera Hospital"ın mühafizəçinizinin üzərinə hücum etmişdi. Atdığı balta isə orada çalışan təmizlikçi qadın Nəzakət Paşayevaya dəyərək onu yaralayıb. 

Aydın
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
36
qaynarinfo.az

10Mənbələr