AZ

Azərbaycan Qərbi azərbaycanlıların qayıdışını sülh gündəliyinə qırmızı xətti kimi gətirir

İki gündür ki, Azərbaycan ərazilərində separatçıbaşı olmuş Samvel Şahramanyanın açıqlamaları müzakirə olunur. Bununla bağlı siyasi təhlilçi Aqşin Kərimovun fikirlərini təqdim edirik.

1. Regiondakı qarışıqlığın və xaotik vəziyyətin yeni nümunəsi payızda Gürcüstanda keçiriləcək seçkilərdən sonra görünə bilər.

- Seçki yaxınlaşdıqca, Gürcüstanı Rusiya və ABŞ öz dalğasında tutmaq yolunda güc rəqabətinə girişib,

- Seçki ərəfəsində separatizm kartının dirçəlməsi kritik mübarizənin kəsişməsinə gətirilir,

2. Şahramanyanın açıqlamaları isə Azərbaycana deyil, ən çox Ermənistana mürəkkəbliklər yaradır və İrəvanı ziddiyyətli geosiyasi maraqların əsirinə çevirir.

3. Madam ki, Gürcüstandakı seçkilər öncəsində əllərindəki qutuların içərisini açıb alətləri Azərbaycana qarşı çevirən qüvvələr fəallaşıb, onda Bakı bu prosesi faydaya çevirmək imkanlarını da nəzərdə saxlayır. Burada üç versiya Bakının prioritetləri sırasında ön cərgəyə düzülür:

- Azərbaycan Qərbi azərbaycanlıların qayıdışını sülh gündəliyinə qırmızı xətti kimi gətirir,

- Ermənistana xəbərdarlıq edir ki, İrəvan azərbaycanlıların qayıdışına təhlükəsizlik zəmanəti verə bilməsə, bunu Bakı özü təmin edəcək,

- Azərbaycan qayıdış prosesinin Zəngəzur dəhlizi konteksti ilə paralel şəkildə aparsın.

4. Hesab edirəm ki, son günlərdə İranla Rusiya arasında Zəngəzur dəhlizi ilə əlaqədar yaranmış fikir ayrılıqları Azərbaycanın qayıdış proqramına reaksiya kimi daha çox diqqət çəkə bilər.

5. Bu məqamda ən təhlükəli hədlər İran tərəfindən aktivləşdirilir, məsələn, Şahramanyanın çıxışında həm də Tehranın ideyalarını axtarmaq olar...

Aqşin Kərimov, Siyasi təhlilçi

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
visiontv.az

1Mənbələr