AZ

Putin Pavel Durov ilə görüşündən danışdı: "Çoxdan olub, xatırlamıram" - VİDEO

Rusiya prezidenti Vladimir Putin illər əvvəl iş adamları ilə görüşdə Vkontakte və Telegram messencerlərinin yaradıcısı Pavel Durovla bir araya gəlib.

Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında xatırlayıb.

"İllər əvvəl Moskvada bir dəfə Durovla görüşdüm. Kremldə işgüzar görüşlərdən birində idi. Çoxdan olub, xatırlamıram. Planları haqqında danışdı. O vaxtdan bəri bir-birimizi görmədik. Onun haqqında heç nə bilmirəm. Elə düşünürdüm  ki, Moskvada yaşayır", deyə o, qeyd edib. 

Onun sözlərinə görə, Rusiya hakimiyyətinin Teleqramın qurucusuna qarşı heç bir iddiası yoxdur.


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
bizim.media

1Mənbələr