AZ

Tramp: Seçkilərdə qalib gəlsəm yadplanetlilərin yeni şəkillərini paylaşacam

Tramp amerikalı podkaster Lex Fridman ilə bir saatlıq müsahibəsində maraqlı vədlər verib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il seçkilərində yenidən prezident seçiləcəyi təqdirdə yadplanetlilərin yeni şəkillərini və Cefri Epşteynlə bağlı daha çox sənədləri ictimaiyyətə açıqlayacağını bildirib.

Tramp keçmiş prezident Con Kennedinin 1963-cü ildə öldürülməsi ilə bağlı sənədləri açıqlaması üçün də təzyiq altında olduğunu bildirib.

\"Mən də Kennedi ilə bağlı təzyiq altındayam. Mən çoxlu sənədləri açıqladım, amma bəziləri yalvarırdılar ki, bu sənədləri tam açıqlasın. Amma mən bunu çox erkən bir tarixdə edəcəyəm” deyə deyib.
 
Gülay


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
azxeber.com

1Mənbələr