AZ

Bölgədə təhlükəli oyunlar: Hədəf Türkiyədir

PKK terror təşkilatının Suriyadakı uzantısı YPG İŞİD üzvləri ilə bağlı diqqətçəkən addım atıb. PKK/YPG Suriyanın şimalında nəzarət etdikləri ərazilərdə yerləşən həbsxanadakı İŞİD terrorçularını azad etməyə başlayıb.

Teleqraf.com “Akşam”a istinadla xəbər verir ki, terror təşkilatı son olaraq 50 İŞİD məhbusunu azad edib.

YPG/PKK terrorçuları azad edilən İŞİD üzvlərinin görüntülərini sosial şəbəkələrdə paylaşıblar. Görüntülərdə uniforma geyinmiş İŞİD üzvləri həbsxanadan çıxarkən görüntülənib.

Türkiyə nəşri xatırladır ki, iyul ayında da ABŞ-ın dəstəklədiyi PKK/YPG “ümumi amnistiya” elan edərək 250 İŞİD üzvünü azad etmişdi.

Məsələ barədə qəzetə danışan analitik İrfan Kaya Ülgər deyib: “Fəratın şərqində “Suriya Demokratik Qüvvələri” (SDQ) adı ilə yenidən təşkilatlanan terrorçuların nəzarət etdikləri məntəqələrdə bəzi İŞİD yaraqlılarını azad etmələri bölgədə yenidən terror dalğası yaratmağı hədəfləyib”.

Həmçinin onun fikrincə, gəlişmələrin mümkün Türkiyə-Suriya normallaşması ərəfəsində yaşanması təsadüfi deyil:

“İkincisi, Suriya ilə Türkiyə arasında başlayan dialoq prosesini pozmaq istədiklərini deyə bilərik. Suriya rejimi (Bəşər Əsəd) İdlibdəki qruplaşmaları da terror təşkilatı kimi qələmə verir. ABŞ İŞİD yaraqlılarının azad edilməsini kortəbii hadisə kimi qiymətləndirmir”.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
1
teleqraf.com

2Mənbələr