AZ

Reytinqin bir nömrəsi uduzdu

“US Open”də bütün yarımfinal cütlükləri məlum olub.

Bu gecə keçirilən ¼ final oyununda Yannik Sinnerlə Daniil Medvedev qarşılaşıb. Dünya reytinqinin bir nömrəsi inamlı qələbə qazanaraq növbəti mərhələyə adlayıb – 6:2, 1:6, 6:1, 6:4. Bu, Sinner üçün karyerasında “US Open”də ilk yarımfinal olacaq.

Digər ¼ final oyununda tennisçilər cəmi 3 setlə kifayətləşiblər. Britaniyalı Dreyper avstraliyalı De Minora qalib gəlib – 6:3, 7:5, 6:3.

Qadınların turnirində də son iki yarımfinalçı bəlli olub. Dünya reytinqinin bir nömrəsi İqa Şvyontek Cessika Pequlaya məğlub olub. Digər oyunda Muxova braziliyalı Haddad Mayaya qalib gəlib.

Beləliklə, yarımfinalda Navarro Sobolenko ilə, Pequla da Muxova ilə qarşılaşacaq. Kişilərin yarımfinal cütlükləri isə belədir: Frits – Tiafo və Sinner – Dreyper.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
futbolinfo.az

1Mənbələr