AZ

Yeni reytinqdə ciddi dəyişikliklər olacaq

Bazar günü Nyu-Yorkda “US Open”ə yekun vurulacaq. Bazar ertəsi açıqlanacaq yeni reytinq cədvəlində ciddi dəyişiklər baş verəcək.

Bu, dünən keçirilən oyundan sonra məlum olub. Hazırda dünyanın beşinci raketkası rusiyalı Daniil Medvedevin İtaliya təmsilçisi, ATP reytinqinin lideri Yannik Sinnerə məğlubiyyətindən sonra bir çox suallara cavab gəlib. 2020-ci ilin olimpiya çempionu, dünyanın dördüncü raketkası, almaniyalı tennisçi Aleksandr Zverev “Böyük Dəbilqə” turniri başa çatdıqdan sonra ATP reytinqində ikinci yerə qayıdacaq.

Sinnerə uduzduqdan sonra Medvedevin 800 reytinq xalı itirəcəyi rəsmiləşib. O, beşinci yeri qoruyaraq ikinci pilləyə çıxmaq fürsətini əldən verib.

Turnirin ilkin mərhələsində mübarizədən kənarlaşdırılan Karlos Alkaras və Novak Cokoviç müvafiq olaraq 670 və 1900 xal itirərək, alman tennisçinin gerisinə düşəcəklər. Turnirin qalan oyunlarından asılı olmayaraq Sinner reytinqdə liderliyini qoruyacaq.

Qeyd edək ki,  Zverev 2022-ci ilin yayında dünyanın ikinci raketkası olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
futbolinfo.az

1Mənbələr