AZ

Yığmamızın oyununa 10 minə yaxın bilet satılıb

UEFA Millətlər Liqasının I turunda keçiriləcək Azərbaycan – İsveç matçına indiyədək satılmış biletlərin sayı bəlli olub.

Msport.az xəbər verir ki, qarşılaşma üçün 9373 bilet alınıb.

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 3, 5 və 10 manat təşkil edir.

VİP sektoruna biletlərin qiyməti isə 20-30 manatdır.

Qeyd edək ki, qarşılaşma saat 20:00-da start götürəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
msport.az

1Mənbələr