AZ

"Ermənistana qarşı heç bir təhlükənin olmadığı sübut olundu" - Politoloq

"Fransa uzun müddətdir ki, Ermənistanla birlikdə Azərbaycana qarşı həm Avropanın, həm də dünyanın digər müxtəlif təşkilatlarında təxribatlarla məşğul idi. "

Politoloq  Əlimusa İbrahimov bunu News365.az-a açıqlamasında deyib.

"Fransanın sərsəm bəyanatı Azərbaycana qarşı qarayaxma kanpaniyasıdır.  Təbii ki, bu kampaniyanın arxasında məhz elə Fransanın Ermənistanla birgə Azərbaycana qarşı etdiyi  pisliklər və  qeyri-insanı, qeyri-dostluq, düşmənçilik siyasəti dayanır.  Bunun kökü Ermənistandan qidalanır və Ermənistanı istiqamətləndirməsi və yaxud nişan göstərməsi formasında həyata keçir. Bildiyimin kimi Fransa uzun müddətdir ki, Ermənistanla birlikdə Azərbaycana qarşı həm Avropanın, həm də dünyanın digər müxtəlif təşkilatlarında təxribatlarla məşğul idi.  Azərbaycanın Ermənistana hücumu, Ermənistanı təhlükədə saxlaması yaxud da atəşkəsi pozması istiqamətində müəyyən şayələr yayırdı. Üstündən müəyyən müddət keçməsinə baxmayaraq Ermənistanın yaydığı bəyanatların, verdiyi təhlükənin doğru olmadığını, yaxud Azərbaycan tərəfindən Ermənistana qarşı heç bir təhlükənin mövcud olmadığı sübuta yetirildi.  Azərbaycan da dəfələrlə öz bəyanatlarında Ermənistana qarşı hücum etmək fikirinin olmadığını sübut etdi"- deyə bildirib. 


Vəfa Vəliyeva, News365.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
news365.az

1Mənbələr