AZ

Pulu harada saxlamaq daha ETİBARLIDIR? – MÜHÜM TÖVSİYƏ

Dələduzluq halları çoxalandan bəri insanlar pullarını kartlarında saxlamağa ehtiyat edirlər. Əvvəllər pul saxlamaq üçün ən güvənilən yer banklar hesab olunurdu. Amma son dönəmlər baş verən hadisələr insanların banklara olan inamını aşağı salıb

Rəqəmsal cibgirlik

Cibgirlik, oğurluq da artıq rəqəmsallaşıb. Əvvəl oğurluğu edən şəxs ətrafımızda olurdusa, artıq rəqəmsal dövrdə dünyanın istənilən yerində bank kartınızdan pul çəkə bilərlər. Belə olduğu halda əksəriyyəti maraqlandıran sual gündəmə gəlir.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycana xaricdən pul köçürmələri 1 milyard manatı ÖTÜB


Pulu harada saxlamalı?

İqtisadçı Xalid Kərimli Bizim.Media-ya açıqlamasında bildirib ki, bütün sadalananlara rəğmən pulu bankda saxlamağın tərəfdarıdır.

“Pul saxlamaq üçün ən güvənilən yer bankdır. Dələduzluq hallarından qorunmağın tək yolu isə insanların bu yöndə maarifləndirilməsidir. Banklar hazırda dələduzluq hallarına qarşı bir çox tədbirlər görür, bank hesabınızı qorumaq üçün müxtəlif vasitələr tətbiq edirlər. İnsanlar diqqətli olmalı və heç bir halda bank məlumatlarını başqasına verməməlidirlər”.

Sonu məyusluq olan zarafat

Bəzən insanlar boş bank məlumatlarını sırf zarafat məqsədilə dələduzlara verirlər. Amma bu da tamamilə yanlış addımdır. Bütün hallarda kiməsə bank hesabı vermək təhlükəlidir. Yəni, pulunuzun “cibinizdə” qalmağını istəyirsinizsə, diqqətli olmağınız məsləhətdir. Bu məsələ ilə zarafatlaşmaq sonda sizi məyus edə bilər... 

Nuray, Bizim.Media 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
bizim.media

1Mənbələr