AZ

Ələt-Astara-İran avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Bakı. Trend:

Hərəkətdə olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyatvasitələrinin çəki və kütlə parametrlərini ölçən texnikivasitələrin (elektron tərəzilərin və çiplərin) ümumi istifadədəolan avtomobil yollarında quraşdırılması ilə əlaqədar yoldahərəkətin məhdudlaşdırılması planlaşdırılır.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil YollarıDövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, M-3 Ələt-Astara-İran İslam Respublikası ilədövlət sərhədi avtomobil yolunun 11,3-cü kilometrində (Xıdırlıərazisi) quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemiişlərinin başladılması ilə əlaqədar 06 sentyabr 2024-cü il tarixdənbaşlayaraq təqribən 2 (iki) ay müddətində nəqliyyat vasitələrininhərəkətinin qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metrməsafədə kənardankeçmə yolu ilə təşkil ediləcək.

Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən hissədəhərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulacaq müvəqqətiyol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayətetmələri xahiş olunub..

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
49
az.trend.az

10Mənbələr