AZ

Azərbaycan-İsveç matçına nə qədər bilet satılıb?

Millətlər Liqası çərçivəsində keçiriləcək Azərbaycan-İsveç matçına 9373 bilet satılıb.

Bu barədə İdman.bizə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat katibi Elnur Məmmədli deyib.

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 3, 5 və 10 manat təşkil edir.

VİP sektoruna biletlərin qiyməti isə 20-30 manatdır.

Qeyd edək ki, qarşılaşma saat 20:00-da start götürəcək.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
idman.biz

1Mənbələr