AZ

“Ukrayna ilə danışıqların başlamasına Kiyevin tələbləri mane olur” - Putin

“Ukrayna ilə danışıqların başlanmasına Kiyevdən gələn müvəqqəti tələblər mane olur”.

Missiyya.Az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun (EEF) plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Rusiya heç vaxt danışıqlar prosesini tərk etməyib. 

Putin bildirib ki, Ukrayna İstanbul razılaşmalarından əvvəlcə razı qalıb, lakin sonradan Qərbin təziqi ilə layihədən imtina edib.

O, qeyd edib ki, Rusiya prosesi bərpa etməyə hazırdır, lakin Ukraynanın müvəqqəti tələbləri əsasında deyil.

Daşqın HəsənovMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
missiya.az

1Mənbələr