AZ

Putin Durovdan danışdı: "Bakıda olduğunu bilmirdim"

Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında çıxış edib.

 

Modern.az-ın məlumatına görə, o, "Telegram"ın qurucusu Pavel Durovun Bakıya səfərindən söz açıb.

 

Putin Durovla Bakıda görüşmədiyini söyləyib. O, Durovla uzun illər öncə Moskvada, Kremldə görüşdüyünü xatırladıb.

 

"Durovun Bakıda olduğunu bilmirdim. Onunla Bakıda niyə görüşməliydim ki?! Əgər o, mənimlə görüşmək istəyirdisə, biz Moskvada görüşə bilərdik", - Rusiya Prezidenti qeyd edib.

 

Qeyd edək ki, Putin Bakıda səfərdə olan ərəfədə Pavel Durov da Azərbaycanda olub. O, Bakıdan getdikdən sonra Fransa polisi tərəfindən saxlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
20
modern.az

10Mənbələr