AZ

Zabratda avtobus dayanacağı ilə zibillik bir arada – Foto

Sabunçu rayonu Zabrat qəsəbəsində böyük zibil qutuları avtobus dayanacağında quraşdırılıb. Sakinlər uzun müddətdir ki, avtobus gözləmək üçün üfunət iyi verən zibilliyin qarşısında dayanmaq məcburiyyətində qalır.

Tribunainfo.az xəbər verir ki, bu barədə qəsəbə sakini Fəridə Aslanova yazıb. Onun sözlərinə görə, uzun müddətdir ki, sərnişinlər hər gün bu əzabı çəkir:

“Zabratda bir avtobus dayanacağı var, bəlkə də dünyada analoqu yoxdur. Sərnişinlər avtobusa minib-düşərkən az qala zibil qabları ilə qucaqlaşırlar. Bunun iy-qoxusu, ağcaqanadlarını, mikrob, bakteriya, viruslarını da nəzərə alsaq, “Survivor” oyunu üçün əsl məkandır. Bu qabları dayanacağın lövhəsinə dirəməkdənsə, 1-2 metr aralı da qoymaq olardı. Olardı, amma olmayıb, əzabını isə sərnişinlər çəkir”.

Sakinlər problemin tezliklə aradan qaldırılmasını istəyir.

Nigar

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
tribunainfo.az

1Mənbələr