AZ

İtaliya Avropa məkanında Azərbaycana ən yaxın olan ölkələrdəndir- ÖZƏL

"Azərbaycan-İtaliya münasibətləri hələ AXC dövründə özünün yüksək keyfiyyəti ilə seçilirdi. İtaliya ümumilikdə Avropa məkanında Azərbaycana ən yaxın olan ölkələrdən biridir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib:

"Azərbaycan enerji sektorunda iştirak etdikdən sonra, neftin nəqlini həyata keçirdikdən sonra İtaliya şirkətləri bu prosesdə çox yaxından iştirak etdi. Hal-hazırda İtaliya Azərbaycanın Avropadakı əsas tərəfdaşlarından biridir. İstər Vətən müharibəsi, istər ondan əvvəlki dövrə İtaliyanın Azərbaycana qarşı olan münasibəti məlumdur. Azərbaycanın haqlı mövqeyini dəstəkləyirdi. Ölkələr arasında ikitərəfli münasibətlər çox güclü şəkildə inkişaf edib. Hazırda İtaliya və Azərbaycan arasında önəmli əməkdaşlıq mühiti var. Enerji, turizm, iqtisadiyyatın müxtəlif sahələri üzrə geniş şəkildə əməkdaşlıq mühiti davam etdirilir. Eyni zamanda iki ölkə arasında hərbi sahədə də əməkdaşlıq müzakirə edirilir. Bu yaxınlarda Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki, Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov İtaliyanın Azərbaycandakı səfiri ilə görüşdü. Görüş zamanı ikitərəfli hərbi əməkdaşlıq məsələləri geniş şəkildə müzakirə edildi. İtaliya Avropada ən güclü və müasir orduya sahib olan dövlətlərdən biridir. İtaliya ilə bu sahədə olan əməkdaşlıq Azərbaycanın müdafiə sənayesinin gücləndirilməsi və ordunun döyüş qabiliyyətinin artırılmasına böyük töhfələr verəcək hadisədir. Həmçinin İtaliyanın iqtisadiyyat, turizm sahələrində çox böyük üstünlükləri var. Həmin təcrübədən də ölkəmiz istifadə edə bilər. Eyni zamanda enerji sektorunda əməkdaşlığın daha da genişləndirilməsi məsələləri yəqin ki Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin İtaliyaya gərçəkləşdirdiyi səfər zamanı müzakirə ediləcək. Bu səfərin Azərbaycan üçün əhəmiyyəti böyükdür. Əlaqələrin daha da genişləndirilməsi Azərbaycanın Avropadakı mövqelərinin çox daha güclənməsinə səbəb olacaq əsas amillərdən biridir".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
olaylar.az

1Mənbələr