AZ

Sevgilisi ilə yatdığı yerdə...

Hollivud aktyoru Çenninq Teytum nişanlısı Zoe Kravitzlə bağlı diqqət çəkən paylaşım edib. 

OLAY yazır ki, 44 yaşlı aktyor instaqramda yayımladığı fotoda 35 yaşlı sevgilisinin başını onu çılpaq sinəsinə qoyduğu əks olunub. 

“Mənim şirinim. O, çox yorğundur. Hər dəfə fikirləşirəm ki, sınacaqmı... Amma o, davam edir, gedir və gedir. Həmişə həqiqəti axtarır”, - deyə Çenninq paylaşdığı şəkilə şərh yazıb.

Qeyd edək ki, Teytum və Kravitz iki il əvvəl Zoenin rejissorluq debütü olan və kişi baş rolda Çenninqin yer aldığı “Pussy Island” filmində yaxınlaşıblar. 2021-ci ilin əvvəlində aktrisa əri Karl Qlusmandan ayrılıb. Teytum özü aktrisa Cenna Devan ilə doqquz il evli olub və onların Everli adlı bir qızı var. Aktyorlar boşandıqlarını 2018-ci ildə elan ediblər. Ötən ilin payızında Zoe Kravitz və Çenninq Teytumla nişanlı olduğu məlum olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
olay.az

1Mənbələr