AZ

Qismət Alıyev İsveçlə oyunda iştirak etməyəcək

“Zirə”nin müdafiəçi Qismət Alıyev Azərbaycan millisinin bu gün İsveç yığmasına qarşı keçirəcəyi oyunda iştirak etməyəcək.

Arena.az xəbər verir ki, UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxacaq Azərbaycan millisinin “23-lüy”ü müəyyənləşib.

Baş məşqçi Fernando Santos İsveçlə oyun üçün heyətə cəlb olunan 24 futbolçudan 1-ni kənarda saxlamaq qərarına gəlib.

Belə ki, müdafiəçi Qismət Alıyev qarşılaşmanı tribunadan izləməli olacaq. “Zirə”nin 28 yaşlı oyunçusu “23-lüy”ə salınmayıb. Böyük ehtimalla buna onun Premyer Liqa çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunda aldığı yüngül zədə səbəb olub.

Digər futbolçular isə İsveçə qarşı oynamağa tam hazırdırlar.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – İsveç matçına saat 20:00-da start veriləcək.

Yığmamızın bu oyunun protokolunda yer alacaq futbolçularının siyahısı belədir:

Qapıçılar: 1. Rza Cəfərov, 12. Yusif İmanov, 23. Mehdi Cənnətov;

Müdafiəçilər: 2. Amin Seydiyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 5. Şəhriyar Əliyev, 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov, 22. Abbas Hüseynov;

Yarımmüdafiəçilər: 6. Emil Mustafayev, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov, 10. Ozan Can Kökçü, 16. Elvin Camalov, 17. Toral Bayramov, 18. Ceyhun Nuriyev, 20. Aleksey İsayev, 21. Xəyal Nəcəfov;

Hücumçular: 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 14. Rüstəm Əhmədzadə, 19. Nəriman Axundzadə.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
50
arena.az

10Mənbələr