AZ

“Bank Avrasiya” “Visa B2B Connect” ödəniş platformasına qoşuldu

“Bank Avrasiya” ASC korporativ müştəriləri üçün yeni bir mərhələni açaraq, “Visa B2B Connect” ödəniş platformasına qoşulduğunu elan edir. Bu addım Bankın korporativ  müştərilərinə beynəlxalq köçürmələri daha sürətli və göndərmək,  eləcədə qəbul etmək imkanı yaradır.

“Visa B2B Connect” beynəlxalq köçürmələr üçün nəzərdə tutulmuş innovativ ödəniş sistemidir. Platforma köçürmələrin sürətini əhəmiyyətli dərəcədə artırır Pul axınına nəzarət, təkmilləşdirilmiş təhlükəsizlik və dələduzluq hallarından qorunma bu platformanın əsas xüsusiyyətləridir. “Visa B2B Connect” hazırda dünyanın 100-dən çox ölkəsində mövcuddur və eyni zamanda bu platformaya qoşulmamış banklara köçürmələr göndərmək üçün istifadə oluna bilər. Beləliklə “Bank Avrasiya” ASC müştərilərinə daha geniş xidmət göstərərək, onların biznes fəaliyyətini yeni səviyyəyə yüksəltməsinə şərait yaradır.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı bankın rəsmi veb səhifəsindən və ya *2226  məlumat mərkəzinə zəng edərək əldə edə bilərsiniz.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
qafqazinfo.az

1Mənbələr