AZ

Avtobus və velosiped zolaqları hansı şərtlər daxilində quraşdırılır?

Son zamanlar avtobus və velosiped zolaqlarının artması müşahidə olunur.

Bu zolaqlar avtobus və velosipedçilərin hərəkətini asanlaşdırmaq üçün nəzərdə tutulub.

Bəs bu zolaqlar hansı şərtlər daxilində quraşdırılır?

 

Aslan Əsədov, Nəqliyyat eksperti

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, hərəkətin təşkilində başlıca elementar anlayışlar var ki, bunların ən öndə olanı avtobus zolaqları, piyada səkiləri, o cümlədən piyadalara bərabər tutulan velosipedçilərin hərəkət qrafikləridir.

Onun sözlərinə görə, bu qrafiklər bir-birini tamamlamalı və bir-biri ilə əlaqə qırılmadan saxlanılmalıdır:

“Yolun həndəsi ölçüləri imkan verdikcə, hansı ki, həndəsi ölçülər dedikdə yolun eni nəzərdə tutulur. Yəni orada bir və ya bir neçə nəqliyyat vasitəsi paralel olaraq zolaq üzrə hərəkət edə bilirsə, artıq infrastrukturun qurulmasında, xüsusən zolaqların inşa olunmasında müstəsna hal ola bilər”.

A.Əsədov qeyd edib ki, zolaqlar qırıq-qırıq da tətbiq edilə bilər ki, burada əsas şərt onun avtobusun gediş-gəlişinə mane olmamasıdır:

“Bu halda orada hərəkətin təşkilini yüksək səviyyədə təmin etmək olar. Amma dediyim kimi, mane yaratmadan və yaxud hərəkətin digər iştirakçıları üçün xüsusən velosipedçilər və avtobus zolağının həndəsi ölçüləri nəzərə alınmaqla bunlar həyata keçirilə bilər”.

Mina Mikayılova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
bakivaxti.az

1Mənbələr